Məzmuna keç

Boylana-boylana (Aşıq Əsəd)

Vikimənbə saytından
Boylana-boylana
Müəllif: Aşıq Əsəd
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.378; ISBN 978-9952-571-42-4

Cilvələnib kəklik kimi,
Ötür boylana-boylana.
Müjganların sinəm üstə,
Atır boylana-boylana.

Eşqinən çalıram sazı,
Sənsən aşığın murazı,
Bu beymürvət qəmzə-nazı,
Satır boylana-boylana.

Navat deyərlər adına,
Aşiqin salmaz yadına,
Şirin canım eşq oduna,
Qatar boylana-boylana.

Gözüm doymur ala gözdən,
Meylini döndərmə bizdən,
Aşıq Əsəd,önümüzdən,
Ötür boylana-boylana.