Məzmuna keç

Boyun bir sǝrvi-rǝnadır güli var

Vikimənbə saytından
Boyun bir sərvi-rənadır güli var
Müəllif: Şah İsmayıl Xətai



Boyun bir sǝrvi-rǝnadır güli var,
Sǝmǝn üzrǝ pǝrişan kakili var.

Nǝ nazikdir cǝmalın gülşǝni kim,
Güli-tǝr üzrǝ nazik sünbüli var.

Nǝ gülşǝndir yüzün kim çevrǝsindǝ,
Hǝzaran ǝndǝlibü bülbüli var.

Necǝ mǝstü xumar olmaya çeşmin,
Önündǝ lǝblǝrin kimi müli var.

İnanma zülf-ǝhdinǝ, Xǝtai,
Kim onun bir başıvü min dili var!