Məzmuna keç

Buğukər piri

Vikimənbə saytından
Rəvayətlər. Buğukər piri
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir oğlan gedib, Buğukər pirinin yanındakı ağacların birini kəsir. Görür ki, ağacın kəsilən yerindən qan damır. Qorxudan oğlanın dili tutulur.

Oğlanı aparıb baxıcıya göstərirlər. Baxıcı deyir ki, oğlan günaha batıb, aparın Buğukər pirində qurban kəsin. Buğukər pirində qurban kəsirlər, oğlanın dili açılır.

Mənbə

[redaktə]