Məzmuna keç

Bu, şükufeyi-gülzari-tövhidir…

Vikimənbə saytından
Bu həzrəti-izzətdən həmd ilə istimdadi-mətalibdir və asari-şükr ilə istidayi-sətri-laibdir LEYLİ VƏ MƏCNUN. Bu, şükufeyi-gülzari-tovhiddir və novbaveyi-bustani-təmciddir (1536)
Müəllif: Məhəmməd Füzuli
Bu, münacat dəryasından bir cövhərdir və təzərrö mədənindən bir gövhərdir


Bu, şükufeyi-gülzari-tovhiddir və novbaveyi-bustani-təmciddir

Ey munisi-əhli-zövq yadın,
Əbvabi-oraəl kilidi adın!
Ey gənci-əta tilismi ismin,
Sən gənci-nihan, cahan tilismin!
Ey cudi vücudi-kövnə vahib,
Zati kimi e'tirafı vacib.
Ey silsileyi-vücudə nazim,
Rəzzaqi-ərazilü əazim.
Ey pərdəkeşi-rümuzi-mübhəm,
Müstəhfi intizami-aləm.
Ey nəqştərazi-səfheyi-xak,
Sahibrəqəmi-xütuti-əflak!
Ey möhtəsibi-cəhati-ərkan,
Kani-gühəri-vücubü imkan!
Ey məbdəi-feyzi-afəriniş,
Səndən rövşən çiraği-biniş!
Ey pərdeyi-masiva niqabın,
Səndən özgə sənin hicabın!
Ey sirri-vücudun əmri-məlum,
Mövcud həmin sən, özgə mədum!
Ey yeddi gülü doquz gülüstan
Feyzi-kərəminlə səbzü xəndan!
Ey varı yox eyləyən, yoxu var,
Yox varlığında zənnü inkar!
Ey şahidi-qeyb pərdədari,
Fikrin güli-mə'rifət bəhari!
Ey aləmə feyzi-cud səndən,
Xəlqə şərəfi-vücud səndən!
Ey cümlə cahan sənə rizacu,
Səndən xali, səninlə məmlu!
Ey şəm'i-əzəl fitiləsuzi!
Bəzmi-əbəd əncümənffiruzi!
Ey şirkü şərikdən münəzzəh,
Sirri-əzəlü əbəddən agəh!
Ey bari Xudayi-aləmaray,
Təhsin işinə həmin ola ray!
Əhsəntə, zəhi həkimi-kamil!
Nə şükr ola sün'ünə müqabil?
Fitrət rəqəmin çəkən zamanda,
Həqqa ki, bir əmri-"kün fəkanda";
Höktn etdin ki, nə ola əhval,
Nə vəz' ilə çizgİnə məhü sal.
Dövran nə zamanda ola axir,
Hər dövranda nə oia zahir.
Necə ola fərdi-ııosü-Adəm,
Hər fərdi onun nə edə hər dəm.
Əşyaya çox etmozəm təhəyyür,
Səndəıı yanadır həmin təfəkkür.
Əşya əcəb olmaz olsa zahir,
Çün var sənin kimi məzahir,
Ərama çü sənə qədimdir zat,
İdrak sonə yetərmi, heyhat!
İdrakimizə kəmali-heyrət,
Tövhidinə bəsdürür dəlalet.
Əndişeyi-zat qılmaq olmaz,
Bilmək bu yetər ki, bilmək olmaz.
Ol dəm ki, urub binayi-möhkəm,
Çəkdin rəqəmİ-nizami-alom,
Həqqa ki, xoş intizam verdin,
Arayişini təmam verdin.
Etdin gərəyin gər az, gər çox,
Bir nəsnə gərəkli yox ki, ol yox.
Bir növ ilo eylədin mühəyya
Kim, gəldi qüsurdan mübərra.
Əşyadə əgərçi raz çoxdur,
Ol kim ola razm onda yoxdur.
Əşya necə səndən olsun agah,
Əlqüdrətü vəl-bəqaü lillah.[1]

İzahlar

[redaktə]
  1. Qüdrət və böyüklük Allaha məxsusdur.