Məzmuna keç

Bu alǝm hüsninǝ heyrandır, ey dust!

Vikimənbə saytından
Bu aləm hüsninə heyrandır, ey dust
Müəllif: Şah İsmayıl Xətai


Bu alǝm hüsninǝ heyrandır, ey dust!
Sana bu qönçǝ lǝb xǝndandır, ey dust!

Mǝn ol Yǝqubi-nisbǝt zar buldum,
Cǝmalın Yusifi-Kǝnandır, ey dust!

Hilali qaşını ta gördü çeşmim,
Bu canım eydinǝ qurbandır, ey dust!

Sana bu künfǝkan valeh bulubdur,
Ki, hüsnin surǝti-Rǝhmandır, ey dust!

Cǝmalın sǝfhǝsindǝ xǝttü xalın,
Yüzündǝ ayǝti-Qurandır, ey dust.

Sǝnin eşqin vücudim şǝhri içrǝ,
Bu könlüm tǝxtinǝ sultandır, ey dust!

Xǝtaiyǝ demişsǝn cövr edim çox,
Yenǝ lütfü yenǝ ehsandır, ey dust!