Bu axar suların sonası gəlin
Jump to navigation
Jump to search
Bu axar suların sonası gəlin Müəllif: Aşıq Molla İsmayıl |
Mənbə: Qara Namazov (2013). Ozan-aşıq sənətinin tarixi (az). AMEA Folklor İnstitutu. Orijinal mənbədən 2016-04-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11. |
Qaşlan qaradır, gözləri xumar,
Darayıb tellərin, veribdi tumar,
Xudam yaradıbdı hamısın təyyar,
Açılan baharın lalası gəlin,
Bu axar suların sonası gəlin.
Qaşları qaradır, gözləri xumar,
Kipriyi neştərdi, adamı çalar,
Ərinin oxşarı elə bil himar,
Cəmi dünya malı bahası gəlin,
Bu axar suların sonası gəlin.