Bu dövran

Vikimənbə saytından
Bu dövran
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Gəlin, dostlar, gəlin şadlıq eyləyək,
Bu dövrandı, mən dediyim bu dövran!
Hər kəs əməyini öyüb dolansın,
Bu dövrandı, mən dediyim bu dövran!

Haraya gedirsən azaddır səsin,
Daha boğazında qalmır nəfəsin,
Bir dillə söyləyək: Lenin yaşasın,
Bu dövrandı, mən dediyim bu dövran!

İnsan çox qırıldı, çox töküldü qan,
Axır üzümüzə güldü bu dövran,
Deyin indən belə susarmı Əfqan,
Bu dövrandı, mən dediyim bu dövran!
1920-ci il