Bu dünyanın sərvəriyəm, təbim mənim rəvandır
Görünüş
| Bu dünyanın sərvəriyəm, təbim mənim rəvandır Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
| Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Bu dünyanın sərvəriyəm, təbim mənim rəvandır,
Cənnətin dörd bulağı da axır təbimdən yeksər.
Hümmətimin sayəsində varlanıram həmişə,
Can mülgünü qazmadıqca əldə olmaz bu gövhər.