Bu dərdi

Vikimənbə saytından
Bu dərdi
Müəllif: Dəli Boran
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Qadir Allahım, qadir
Qullara vermə bu dərdi.
Men çəkerəm, mən bilirem
Düşmana verme bu dərdi.

Çəkən bilir dərdi, çəkən
Nə bilər geridən baxan?
Cuş edib də bəndi yıxan
Sellerə vermə bu dərdi.

Dəli könül, bənövşədən
Dərdlər gəlir dörd guşədən.
Yellər əsər hər meşədən
Dallara vermə bu dərdi.

Dəli Boran yaxar yaxılar,
Gül olub yerə tökülər,
Urumdan Şama çəkilər,
Ellərə vermə bu dərdi.