Bu dağlar mənim

Vikimənbə saytından
Bu dağlar mənim
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 31

Yayda yaylağımdı, qışda ovlağım.
Yazda seyrangahım bu dağlar mənim.
Köçürüb elləri payız ayları,
Gözüm görüb, kölüm budu ağlar mənim.

Bir yaqut yanaqlım, yasəmən xallım,
Dahanı kövsərlim, ləbləri ballım,
İlə ilqar verib Leyli misallım,
Onçu məskənimdi bu dağlar mənim.

Kamil ovçu itirəndə maralı.
Kəsilər aramı, səbri, qərarı.
Məhəmmədəm, düşdüm eldən aralı.
Çəkildi sənəmə bu dağlar mənim.