Məzmuna keç

Bu dada

Vikimənbə saytından
Bu dada
Müəllif: Aşıq Əli Şairov

Sıtqınan çağırram yekdi Sübhanım,
Dar günümdü, özün yetiş bu dada.
Mərdlərin mövlası - Ya Şahi Mərdan!
Dar günümdü, özün yetiş bu dada.

Qəmbərlə Şəhrizəri alıb gələn,
Hər sirri işləri aşkara bilən.
Ağ divi bənd edib dünyaya gələn,
Dar günümdü, özün yetiş bu dada.

Nələr gördüm könlüm etdi qubarı,
Sinəm üstə yandı atəşi, narı.
Əli, çağır qolsuz o Əlamdarı,
Dar günümdü, özün yetiş bu dada.

Mənbə

[redaktə]