Məzmuna keç

Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn

Vikimənbə saytından
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn
Müəllif: Hacı Rza Sərraf Təbrizi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.
Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.

Dəstgirəm, acizəm, zənciri-zülmə bağlıyam,
Yeddi qardaşım ölüb, qardaş, ürəkdən dağhyam,
Mümkün olmur səs çəkəm, bircə doyunca ağlıyam,
Dövrəmi axır alıb düşmən, xüdahafız, Hüseyn.

Gülşəni-cismində xəncər yarəsi gül-gül açıb,
Oh, o gül yarələr üstündə xoş sümbül açıb,
Şərhi-hal etməkliyə hər yarə yüz min dil açıb
Olmusan sər ta bepa gülşən, xüdahafız, Hüseyn.

Zeynəbin ölsün Hüseyn, gər bircə sənsiz Zeynəbə
Pasibandır Şümri-zilcövşən, xudahafiz, Hüseyn.

Bax bu Sərrafın, Rza, gözdən axan göz yaşinə,
İbrət eylə sən də, göz yaşın burax özbaşinə.
Dəmbədəm Zeynəb dilincə ərz qıl qardaşına,
Bu diyari-Kərbəla, bu sən, xudahafız, Hüseyn.