Məzmuna keç

Bu evdə

Vikimənbə saytından
Bu evdə
Müəllif: Aşıq Məhər
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

Şükür, tanrı, sənin min bir adına,
Göründü Abbasın yarı bu evdə.
Qayım-qədim olsun təzə gərdəyi,
Başacan yeyilsin barı bu evdə.

Qaravat bağlandı, gərdək quruldu,
Könüllər şad oldu , ürək duruldu,
Kəbinlər kəsildi, nigah vuruldu,
Açıldı xonçanın gülü bu evdə.

Artıq olsun bu gəlinin hörməti,
Başından tökülsün malı, dövləti,
Bir cüt corab Aşıq Məhər xələti,
Gətirsin geydirsin qarı bu evdə.