Məzmuna keç

Bu gözəl surətə, de, kim Aşiq olmaz

Vikimənbə saytından
Bu gözəl surətə, de, kim Aşiq olmaz! (1993)
Müəllif: RAUF CAVAD

Bu gözəl surətə, de, kim Aşiq olmaz!
Kim deyir, sevməyə, Gözəl layiq olmaz!

Olsa cani-könüldən təmiz məhəbbət,
Həqqi sevən Aşiq əsla fasiq olmaz.

Vəsf edər mərifəti sevməklə ədəb,
Kim əql etməzsə nəfsinə Sadiq olmaz.

Tərif edər şövq ilə Leylanı Məcnun,
Eşqini izhar qılmasa Natiq olmaz.

Olub kim yarı üçün qanına qəltan,
Məsələ-misal, heç biri tətbiq olmaz.

Verib Cananına canını Əliyar,
Canı verməyə sevdaya təsdiq olmaz!

Bir söz ilə can düşdü susuz diyara,
Bu eşqə heç kimsə əsla təşviq olmaz.

Nədən bu məhəbbət doğar, varmı bilən?!
Varsa əgər sual, nədən təhqiq olmaz!?

Olmuşdu bir zaman, zülm-zillətə üsyan,
Gəl ki, bu ünvan, heç zaman təbliğ olmaz.
  
Yox idi dünyada kimsəsizə həyan,
İtmişdi vicdan bu səbəb tədqiq olmaz.

Ey vicdan gəl oyan, ol xeyirxah insan,
Ey qafil kəs, insanlığa təzyiq olmaz!

Qoruyun körpələri, bu Gözəlliyi,
Rauf olsa bütün bəşər təfriq olmaz!
     ...Müəllif:Rauf Cavad