Bu gül incə zərif, açmış tazə qönçə gül-lalə

Vikimənbə saytından
Bu gül incə zərif, açmış tazə qönçə gül-lalə (1998)
Müəllif: RAUF CAVAD

Bu gül incə zərif, açmış tazə qönçə gül-lalə,
Dər tazə gülü qoxla laləni tazə kəmalə.

Həyat mənbəyi saf-şirin su ilə gəlir bəndə,
Su içən dirilər, söylər qəmli nohə, hilalə!
 
Dili dişlə, bax Gözələ, surəti xoş-pərişan,
Süzər gözlər nazı, dili şirin, dodaq piyalə.

Yerişi can alır Gözəlin baxdıqca göz gözə,
Özü başqa bir aləm, can verir sözə Tünzalə.

Gözəli vəsf etməyə bu dili lal nəyə çarə?!
Gözlər yas saxlar, ağlar ürək, o pərişan halə!

Aşiqin ruhi bədəndən çıxıb yetişər yarə,
Qovuşar iki həsrət, qucaqlar eşqi Vüsalə.

Könül dilə gəlib istəyir görə o hicranı
Bir də dübarə, yaza gül-Nərgiz haqda məqalə.
 
Tutuşub yanır dil-ürək, sinə olub qəmxanə,
Rauf vurulub Reyhanə Heyranə, o Xəyalə!
            ...Müəllif:Rauf Cavad