Bu gün (Aşıq Ələsgər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bu gün Müəllif: Aşıq Ələsgər |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Aləmin padişahı,
Gəl yetiş imdada bu gün;
Naqafıl qarşımıza
Çıxdı mələkzadə bu gün;
Göz gördü gül çamalın,
Könül içdi bada bu gün;
Can cəsəddən ayrılır,
Gedir bu sevdada bu gün,
Ovçuyam görməmişəm
Belə bir sərxoş maralı;
Tögülüb şahmar zülfü,
Bürüyübdü qəddi-dalı;
Hüsndə Züleyxa tək,
Loğmana bənzər kamalı;
Solmasın gül irəngi,
Pozulmasın bu çalalı;
Mələklər də «amin» desin
Ərşi-müəllada bu gün.
Ələsgərəm, mən deyirdim,
Pərvana əfsana yanır;
Eşqdən bir od düşüb
Cismimə, mərdana yanır
Deyirəm, danışıram,
Dönürəm hər yana, yanır;
Ürəyim bir Kərəmə,
Bir Şeyx Sən'ana yanır;
Qəlbdən yas tuturam
Məçnuna, Fərhada bu gün.