Məzmuna keç

Bu gün (qoşma, Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bu gün
Müəllif: Aşıq Alı

Dərs alanlar gəlib məndən dərs alsın,
Sinəmin dəftərin açıram bu gün.
Bir quş kimi, qalmış idim yuvada,
Dövr edib havada uçuram bu gün.

Necə oldu atam, nec oldu anam,
Dağıldı hasarım, pozuldu binam,
Yüklənibdi qəflə, qatır, barxanam,
Bu yurddan o yurda köçürəm bu gün.

Aşıg Alı mindi seçərdən atı,
Oxudu üzünə əcəl baratı,
Qıldan çox nazikdi, qilıncdan iti,
Sirat körpüsündən keçirəm bu gün.