Bu gündən Kərəm söylər Naibə, gəl aman
Bu gündən Kərəm söylər Naibə, gəl aman (1995) Müəllif: RAUF CAVAD |
Mən olmuşam dəli əsir, Zöhrəyə güman,
Etmişəm eşqi izhar, Samirəyə pünhan.
Tək cani fəda edərəm Həqqin yoluna,
Əzəldən yazmışam namə, gözlərəm fərman!
Yazıb qəlbimə eşqin adını, gəzirəm,
Taleyi qismət, gəl edək səhrada üsyan!
Nəfsim dönüb şirə-Aslana, Heydəriyəm,
Əvvəldən olub Əqlim, pisə üsyan, hər an.
Söhbəti gör, bil Şirin, mən ki, Cəfəriyəm,
Edərəm sirri faş, Fərhad, Şirinə qurban.
Keçmişdən danışır sanma Məcnun Leylaya,
Öncədən zənn etmə, dəli nəfsim eşq yalan.
Gələr O, Zaman şahım gətirər sülh-barış,
Görərsən, düşmən bağrı necə çatlar yaman.
Əsli kim Aşiq? Məşuq surəti Xəyalə,
Bu gündən Kərəm söylər Naibə, gəl aman!
Sevirəm köhnə eşqi, çün ləbi qan tazə,
Gül-çiçəyi açıb Fidan, gül-ətri Reyhan.
Yarım, yanır bağrım, od tutur qəlb-qırmızı,
İndidən sal məni yadə, nəfsim nigaran.
Səslərəm köməyə, gəl imdadə bəşərə,
Səni ahım gözlər, nə qədər gözlər Heyran?!
Gəl yetiş, güllər solub, Rauf Qəmli olub,
Gələcəkdən gətir xoş xəbər, Gülşən-Zaman.