Bu gecə (Aşıq Hüseyn Bozalqanlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bu gecə Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Qəm çəkmə, qəm yemə, divanə könlüm,
Yetirərəm səni yara bu gecə,
Üzümü sürtərəm zülfə, buxağa,
Çəksələr dilimdən dara bu gecə.
Qırılıb sonalar, boş qalıb güllər,
Dağılıb havalar qan ağlar çöllər,
Kül başına olsun şeyda bülbüllər,
Gül mehman olubdu xara bu gecə.
Söyün sınmış dilin yara deyibdi,
Təbib neştər vurma, yara deyibdi,
Əğyar əli deyən yara deyibdi,
Sübhə tək çəkmişəm nərə bu gecə.