Bu gecə (Mirzə Əli Möcüz)
Görünüş
Bu gecə Müəllif: Mirzə Əli Möcüz |
Genә yer üstә nizul afitab edib bu gecә,
Könül sәrayini rövşәn şәrab edib bu gecә.
Gәlin, öpün әlini Möcüzi-günәhkarin
Ki, künc meykәdәdә çox sәvab edib bu gecә.
Şәrab nur hidayәtlә doldurub qәlbin,
Binayi-küfri yıxıb, mey xәrab edib bu gecә.
Mey ilә eylәmişәm mәn mühasini әlvan,
Әgәr hәna ilә zahid xәzab edib bu gecә.
Yatıb kәsalәt ilә şeyxi-şәhr, mәn neynim?
O nәfsinә sitәmi-bihesab edib bu gecә.
Әlindә badә, yanında hәbib, ey Möcüz
Xuda dualәrüvi müstәcab edib bu gecә!