Bu işə
Görünüş
Bu işə Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Qadir Allah, səndən budu diləyim,
Pənahdarım, imdad eylə bu işə!
Səndən başqa yoxdur mənim köməyim,
Aman Allah, imdad eylə bu işə!
Bismillah elədim, girdim meydana,
Ümidim bağladım Şahi-mərdana,
Məcnun kimi məni qoyma divana,
Aman Allah, imdad eylə bu işə!
Qurbani der: əslim qaradağlıdı,
Yar üzündən ürək düyün-dağlıdı,
Zülm eləyən vəzir, namərd oğludu,
Aman Allah, imdad eylə bu işə!