Bu insan ani həm fani həmdəki cani
Görünüş
Bu insan ani həm fani həmdəki cani! (1996) Müəllif: RAUF CAVAD |
Bu insan ani həm fani həmdəki cani!
Şükrü etməyən nə bilsin kimdi Xəqani!
Həmd edir kimi düşünmür nədir Hikməti,
Zənn edir ki, əməli boyanıb nurani!
Özünü bilmir zay, sözünün yox dəyəri ,
Göstərir əməli kimliyini, əyani!
Çoxdur danan cahil şəxsi qafilliyini,
Sayır fikrini düz, çıxır dildən söz ani!
Məgər bilməzmi o kəs ki, eşidib Həqqi,
Bölüşməz sevinc-kədəri, ömrü var fani!
Bu gün gedir gələcəyə, düşün keçmişi,
O gün qurulacaq məşvərətin divani!
Unutma kimsəsizi, yar ol tut Əlini,
Bir gün gələr görərsən cənnəti-rizvani!
Paylaş var ikən sərvəti-var-dövlətini,
Yazıb Rauf, oxu sureyi Ər-Rəhmani !
...Müəllif:Rauf Cavad