Məzmuna keç

Bu mǝşrǝbǝ bir sǝfayi-candır

Vikimənbə saytından
Bu məşrəbə bir səfayi-candır
Müəllif: Şah İsmayıl Xətai



Bu mǝşrǝbǝ bir sǝfayi-candır,
Qǝrrabǝ dibi ona mǝkandır.

İçi doludur ǝz abi-heyvan,
Alǝmdǝ nişani binişandır.

Can dövlǝtini bilir tǝmamǝt,
Sǝn sanma onu ki, bizǝbandır.

Dövri-yüzünün çü mǝh tǝmamǝt,
Sǝrpüş, çü şǝkli-asimandır.

Vǝsfindǝ anın Xǝtai heyran,
Gǝr sǝnǝt isǝ budur, hamandır!