Bu nə güləcək yerdür, ağlasana (key) qatı
Görünüş
Bu nə güləcək yerdür, ağlasana (key) qatı Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Bu nə güləcək yerdür, ağlasana (key) qatı,
Düşdün dünya zövqinə, unutdun axirəti.
Malı-mülki qoyuban qanda gedərsin, miskin?
Anca yatasın sində görincə qiyaməti.
İki fəriştə enə, gələ qarşuna tura,
Günahlarum yaza, sala boynuna biti.
Günahlarım tartalar, andan sİrata ilteler,
Zəbanilər dutalar, fəğanlar ola qatı.
Ata oğuldan bezə, baqmaya ana qıza,
Şol gün gəlisər başa, unutma əresatı.
Miskin Yunus, sən dəxi gerçəklərdən olı gör,
Ərənlər peş’ edinmiş səbr ile qənaəti.