Bu nəfs əzəldən dəli, qalıb dillərdə eşq Əfsanə
Bu nəfs əzəldən dəli, qalıb dillərdə eşq Əfsanə (2000) Müəllif: RAUF CAVAD |
Bu gün ən gözəli SənSən, mən isə nəfsi-divanə,
Aç qəlbi bir-bir vərəqlə, qalma bu eşqə biganə.
Gəl et bu könülə nəzər, istək dolub ahü bezar,
Ver eşqə cəza, atəşdə yanıb kül olsun Pərvanə.
Söz gəzib dolanır tüm aləmi, sevir ən Gözəli,
Qaşı-gözü rəngli qələmi, yazım-sözüm Dürdanə.
Sevgi şirin, bəzənib dərdi-qəmi, deyir nəzəri,
Bu nəfs əzəldən dəli, qalıb dillərdə eşq Əfsanə!
Zöhrə, üzü nurdur, ayə-günə bənzər xoş Xəyalə,
Gör, bu pak hüsnü, can təmaşə eylə gülə-Reyhanə.
Nazı süzür, gözü əzir incə bəzək kiprikləri,
Od vurur qəlbə atəşli oxu, dönür can al-qanə.
Töküb üzdən ahu teli, yandırır həsrəti cani,
Yarın zülfü gəl-gəl edir, salıb istəyi Heyranə.
Çatmaz kamına Rauf ki, qovuşmazsa Cananinə,
Görəm yarin cəmalin, öləm ağuşunda Hicranə!