Bu necə vilayətdir? (Mirzə Əli Möcüz)
Bu necə vilayətdir? Müəllif: Mirzə Əli Möcüz |
Xoşa sәadәtinә on ki, әhli cәnnәtdir,
Ki, yәni sahibi cahü-cәlalü dövlәtdir.
Kәrә ucuzdu vә sәdri vә lәhmi-buzqalә,
Bu il çilov yemәyәn xeyli bimürüvvәtdir.
Kabab edәrdi әti xalq, yüz min il әvvәl,
Soxurlar indi ki, kövduşә, mәhz bidәtdir.
Әgәr qәnaәt edә yoxsul, haqqı var, amma
Qәnaәt eylәmәyi varlının qәbahәtidir.
Cәmali-balә nәzәr etmә, yum gözün, müflüs,
Bu eşqbazlığıvun çün sonu nәdamәtdir.
Lәtifdir bәdәni, hәm gözәldi ruxsarı,
Әsәl cahanda, ilahi, nә yaxşı nemәtdir!
Soyuqdan az qalır ölsün fәqir hәmsayәn,
Düçari-fәqri-zәrurәt әsiri-külfәtdir.
Cәhalәt ilә gedirsәn Әli ziyarәtinә,
Vәli, Әliyyü-Vәli düşmәni-cәhalәtdir
Şәbüstәr әhli nә bәdbәxtdir, xudavәnda,
Baxırsan hәr yana, başı lәçәkli övrәtdir.
Diyari-qürbәti icad edәnlәrә lәnәt!
On evdә bir kişi yox-bu neçә vilayәtdir?
Vәtәn cavanları qürbәtdә ixtiyar oldu,
Bu hali-zәrә sәbәb, Möcüza, şәriәtdir.
Bu hali-zarә әlac eylәyә bilәr varlı,
Vәli çi sud ki, bunlar da bikifayәtdir.
Ayıqlıq eylәdi bazar Möcüzü, saqi!
Piyalә ver mәnә, xovf etmә, xanә xәlvәtdir.