Bu qǝmzǝ deyil, bǝladır, ey dust
Görünüş
Bu qəmzə deyil, bəladır, ey dust Müəllif: Şah İsmayıl Xətai |
Bu qǝmzǝ deyil, bǝladır, ey dust,
Bu xǝndǝ deyil, cǝfadır, ey dust.
Şǝkǝr lǝbin ağzıma söyǝrsǝ,
Söymǝk deyil ol, duadır, ey dust.
Yer yüzi hǝvayi-qǝddün ilǝ,
Cǝnnǝt kimi xoşhǝvadır, ey dust.
Dil mürşidinǝ xǝyali-zülfin,
Hǝm xirqǝvü hǝm ǝsadır, ey dust.
Aşiq olalı sana Xǝtai,
"Ba-la" ına mübtǝladır, ey dust.