Bu qərib halə, Leyla bikarə saldı məni
Bu qərib halə, Leyla bikarə saldı məni! (1998) Müəllif: RAUF CAVAD |
Bu divanə eşq, gör nə didarə saldı məni,
Rüsvay edib dillərə, Dilarə saldı məni.
Alıb-apardı xəyalən nəfsi uzaqlara,
Əcəb sevdaya, dəli Rüxsarə saldı məni.
Gözəlin nazlı baxışı saldı oda məni,
Qıldı dəli-divanə, biçarə saldı məni.
Ruhi halim Məcnunun əhvali tək sərsəri,
Bu qərib halə, Leyla bikarə saldı məni!
Mən, Aşiq nə bilirdim, eşq nədir, sevda nədir,
Bu Gözəl Məşuq, dərdə Gülnarə saldı məni.
Susuz səhrada, canım zindanda qaldı əsir,
Yandı dil-dodağım, eşq əvarə saldı məni.
Qəfəs bülbülə dar gəldi, gülə Mehman gəldi,
Nazı ilə gül, bəndə dübarə saldı məni.
İstədim öpəm o şirin-şəkər bal dodağı,
Qırmızı gülyanağı gülzarə saldı məni.
Ala nur gözlər süzər gülün nazlı baxışı,
Sinəmə odu düşüb, azarə saldı məni.
Qaşları kaman, kipriyi aman verməz Canan,
Vurar qəlbə oxu, yar, bezarə saldı məni.
Ayırıb zülfün, teli tökülüb üz-gözünə,
Gəl-gəl edir Reyhan, qəm diyarə saldı məni!
Rauf qara zülfün Heyranı, gəlmir Zamanı,
Gör nə halə, Zöhrə parə-parə saldı məni!