Bu qəzəl Leyli dilindəndir

Vikimənbə saytından
Bu qəzəl Leyli dilindəndir
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Yar rəhm etdi megər naləvü əfganimizə
Ki, qədəm basdı bu gün külbeyi-əhzanimizə?

Əşk baranı məgər qıldı əsər kim, nagah
Bitdi bir şaxi-küli-tazə gülüstanimizə?

Bizə ah atəşinin yandığı ondan bilinir
Ki, çirağ eylədi rövşən şəbi-hicranimizə.

Bu vüsalə yuxu əhvali demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə.

Bir xəyal ola məgər gördüyümüz, yoxsa nigar,
Mütləqa xatirə gəlməz ki, gələ yanimizə.

Yar mehmanımız oldu, gəlin, ey canü könül,
Qılalım serf nəmiz var isə mehmanimizə!

Dilbərin canə imiş qəsdi, Füzuli, gəl kim,
Can verib dilbəra, minnət qoyalım canimizə.