Məzmuna keç

Bu qəzəl Leyliyi Dilpəzirindir

Vikimənbə saytından
Bu qəzəl Leyliyi Dilpəzirindir
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Eşq daminə giriftar olalı zar olubam,
Nə bəladır ki, ona böylə giriftar olubam?
Dil deməkdən kəsiiib, tən hərəkətdən, veh kim,
Künci-ğəmxanəyə bir surəti-divar olubam.
Qüdrətim yox ki, qılam kimsəyə şərhi-ğəmi-dil,
Öylə kim, arizeyi-hicr ilə bimar olubam.
Həzərim tənədən ol ğayətə etmişdir kim,
Yarə əğyar olub, əğyanm ilə yar olubam.
Deməzəm dəxi: “Sənə aşiqəm”, ey gül!
Zira Sənə aşiqliyim izhar edəli xar olubam.
Əqlü səbrii dilü din getdi bihəmdillah kim,
Səfəri-sahili-dəryayə səbükbar olubam.
Yox, Füzuli, xəbərim mütləq özümdən, bəs kim,
Valehi-nəqşi-xəyali-rüxi-dildar olubam.