Bu qəzəl Məcnuni Zarındır

Vikimənbə saytından
Jump to navigation Jump to search
Bu qəzəl Məcnuni Zarındır
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
Kimə kim, dərdimi izhar qıldım isteyib dərman,
Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm.
Mükəddər xatirimdən qılmadı bir kimsə ğəm dəfın,
Səfadən dəm uran həmdəmləri əhli-riya gördüm.
Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən
Və gər güzgudən umdum sidq, əksi-müddəa gördüm.
Ayaq basdım dəri-ümmidə, sərgardanlıq əl verdi,
Hünər səriştəsin tutdum, əlimdə əjdaha gördüm.
Mənə göstərdi gərdun, tirə bəxtim kövbəkin yüz gez,
Məni-bədbəxt ona hərgah kim, baxdım, qara gördüm.
Füzuli, eyb qılma üz çevirsəm ehli-aləmdən,
Nədən kim, hər kime üz tutdum, ondan yüz bela gördüm.