Bu sevda
Bu sevda Müəllif: Çıldırlı Aşıq İrfani |
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şеirləri, haqqındakı dastan-rəvayətlər), Bаkı, “Еlm vә tәhsil” nәşriyyatı, 2016 |
Ta әzәldәn bu sevdayı bilmәzdim,
Bir gözәldәn yadigardır, bu sevda,
Çәkәn bilir eşq ataşı nәdәndir,
Çәkmәyәn nә bilsin, nәdir bu sevda?!
Sağımda, solumda duran mәlәkdir,
Haq yolunda qәbul olan dilәkdir,
Sevda dediklәri oddan köynәkdir,
Geyәn bilir, nasıl nardır bu sevda.
İrfani der: sana eylәdim nәzәr,
Çox zamandır ahı-zarından gәzәr,
Sevdana düsәnlәr yolundan azar,
Mәnә sәrmayәsiz kardı bu sevda.