Məzmuna keç

Bu tübşi kim, yeri dǝr, ziri-padır

Vikimənbə saytından
Bu tübşi kim, yeri dər, ziri-padır
Müəllif: Şah İsmayıl Xətai



Bu tübşi kim, yeri dǝr, ziri-padır.
Fǝlǝklǝr çǝrxi anın rǝhnümadır.

Hǝmişǝ xaki sanmışdır özünü,
Anınçün gözlǝr içrǝ tutiyadır.

Müdǝvvǝrdir, müsǝvvǝrdir, münǝvvǝr,
Yer üstǝ sureyi-şǝmsüz-zühadır.

Anın müratinǝ bax hǝqqi gör kim,
Kim, ol ayineyi-giytinümadır.

Yüzü ol şǝms imiş bǝzm ǝhli içrǝ,
Tǝala şanǝhü, ǝhli-liqadır.

Anınçün olmuş anın şǝrbǝti pak,
Ki, heyvan suyilǝn, yüz tǝn nǝvadır.

Xǝtai, şükr qıl hǝqq qüdrǝtinǝ,
Ki, hǝqqin bilmǝyǝn ǝhli-xǝtadır.