Məzmuna keç

Bulammadım

Vikimənbə saytından
Bulammadım
Müəllif: Qaracaoğlan
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

Arayıb-axtardım qürbət elləri,
Dünyadan çıxmağa yol bulammadım.
Bağçalarda gördüm əlvan gülləri,
Sevdiyimə bənzər gül bulammadım.

Bezdim, usandım da acı dillərdən,
Keçdim boranlardan, ötdüm yollardan.
İmdad uma-uma axan sellərdən,
Özüm tək çağlayan sel bulammadım.

Yandım-yaxıldım da bu atəşlərə,
Kabab tək çəkdilər məni neştərə,
Dəlindi ciyərim, sərildi yerə,
Məni qaldıracaq əl bulammadım.

Mənim bu dünyaya keçməyir nazım,
Fələkdən qalmadı qeyri niyazım.
Halımı sən anla, ey iki gözüm,
Dərdimi deməyə dil bulammadım.

Sızlayan, inləyən aciz bülbüləm,
Nə qədər sızlasam eşitməz gülüm,
Qaracaoğlan der: Tək imdadım ölüm,
Məzardan qeyri bir yol bulammadım.