Məzmuna keç

Buraxdı xakə hüsnün afitabi-aləmarayi

Vikimənbə saytından
Buraxdı xakə hüsnün afitabi-aləmarayi
Müəllif: Məhəmməd Füzuli


Buraxdı xakə hüsnün afitabi-aləmarayi,
Götürdü yer üzündən möcizi-ləlin Məsihayi.

İki gözdən rəvan etmiş sirişkim qamətin şövqi,
Əsayi-möcizi gör kim, iki bölmüş bu dəryayi.

Bükülmüş qəddimi, qurtarə gör qüllabi-zülfündən,
Xətadır, çəkməsin çox bağrı çökmüş bir sınıq yayi.

Rüxün üzrə xəmi-əbruni görmək istərəm, əmma
İkən düşvar olur, gün var ikən görmək yeni ayi.

Şərabi-nabə, lütf et, möhtəsib, qəhr ilə çox baxma,
Mükəddər qılma əksi-tirədən cami-müsəffayi.

Yeddi gündür ol ayi görmədim, ahim şərarilə
Nola qılsam Bənat ün-nəş ilə yeksan Sürəyyayi.

Füzuli, əşk seylilə pərişan olma, səbr eylə!
Ona həm var ola axir, tutub durarmı dünyayi?