Cövr ilә tökdü qanımı, fәryad, gözlәrin

Vikimənbə saytından
Jump to navigation Jump to search
Cövr ilә tökdü qanımı, fәryad, gözlәrin
Müəllif: Ağa Hacı Molla Tağızadə
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Cövr ilә tökdü qanımı, fәryad, gözlәrin,
Öldürdü aqibәt mәni cәllad gözlәrin.

Hәr yanda bir ümid evi tikdimsә sәbrdәn,
Yıxdı, dağıtdı, eylәdi bәrbad gözlәrin.

Min can alır baxanda bir oğrun nigah ilә,
Kimdәn alıb bu dәrsi o ustad gözlәrin.

Qalmaz Xitadә, Çindә ahu, edәr şikar,
Bir guşә ilә baxsa o sәyyad gözlәrin.

Etmәz әsәr sәna dili-biçarә nalәsi,
Qan içmәyә olub dәxi mötad gözlәrin.

Zülfün kәmәndinә dili-miskin әsir olub,
Rәhm elәyib nola edә azad gözlәrin.

Eylә şәhid Bixudi tiri-nigah ilәn,
Xunrizlikdә ta ki, qoya ad gözlәrin.