Cövri-rəqib, sərzənişi-əhli-ruzigar
Görünüş
(Cövri-rәqib, sәrzәnişi-әhli-ruzigar səhifəsindən istiqamətləndirilmişdir)
| Cövri-rəqib, sərzənişi-əhli-ruzigar Müəllif: Fatma xanım Kəminə |
Cövri-rəqib, sərzənişi-əhli-ruzigar
Qoymaz qılam bu dərdi-dili yarə aşikar.
İşrətsərayi-könlümü, ey yari-tündxu,
Hər dəm cəfavü qəhr ilə gəl etmə tarmar.
Hicrində dürri-əşk, vüsalında nəqdi-can
Bilməm, hüzurü qeybətdə eylərəm nisar.
Gülşəndə gör nə şur ilə bülbül fəğan edir,
Guya ki, şax üzrə gülə həmdəm oldu xar.
Dil intizari-vəsldə pamali-fikr olub,
Tən atəşi-fərağdə çün muy biqərar.
Gər feyzi-cami-eşqi-həqiqətdə məstsən,
Əhsənt xoş məqamdəsən, olma huşyar.
Dövran ki, saqiyi-qəmə olmuş həvalə, gör,
Bu dövrdə Kəminə kimi kimdi kamgar.