Məzmuna keç

Cümə gün

Vikimənbə saytından
Cümə gün
Müəllif: Molla Cümə
Mənbə: "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (az.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.

Ey könül, haqqa iladət qıl Cümə gün,
Zikr eylə, qəlbin pasını sil Cümə gün.
Ver salavat, ol salamat Məhəmməd Mustafanın eşqinə,
Neçə min Kəbə savabın qıl mübarək Cümə gün.
 
Aşiq sadiq olanın tərki-dünyadır işi,
Mömün odur ki, dünyada rast gəlməz hər işi
Haqq buyurmuş buna layiq istərsə bir kişi
Bir savabı min yazır o mübarək Cümə gün
 
Oxunur məsciddə əzan, cəm olur bayu, gəda
Ola dağlarla günahı əvf edə bayu xuda
Oxunur minbərdə Quran fəzzi əda
Bir dəfə zikr eylə sidq ilə Cümə gün.