Cün eşitdim, ey əzizim, sahibazar-olmusan
Görünüş
Cün eşitdim, ey əzizim, sahibazar-olmusan Müəllif: Mücrüm Kərim |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Cün eşitdim, ey əzizim, sahibazar-olmusan,
Gərdişi-dövran ilə dərdə giriftar olmusan.
İncinib nazik bədən ol bəstər icrə gah-gah,
Söylənən sözlərdən, aya, xeyli bimar olmusan?
Hadisati-ixtilafi-dövrdən zəhmət cəkib,
Möhnəti-amacgahi-cərxi-qəddar olmusan.
Paybənd etmiş səni ol həbsgahi-xanədə,
Necə gündür ol səbəbdən tərki-bazar olmusan.
Dərdi-sər vermiş sənə asibi-dövri-qəza,
Gül kimi rəngin solub, aludeyi-xar olmusan.
Mümkün olseydi olurdum xidmətində mustədam,
Yüzümə calma gunahım, etmə, bizar olmusan.
Bilməzəm cərxi-fələk qılmış səni aşuftəhal,
Yoxsa bicarə Kərim tək sinəəfkar olmusan?!