Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır

Vikimənbə saytından
Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır
Müəllif: Mir Möhsün Nəvvab
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.

 
Bir nigarı istərəm aləmlərin əlasıdır,
Rüzgarın bağı icrə növguli-rənasıdır,
Can ona qiymət degil, qiymətlərin ədnasıdır,
Cünki bu sovdayi-kamili-gulruxan sövdasıdır.

Nazilə nazik baxanda dinu imanı alır,
Oəmzəsi ahənruba tək cismdən canı alır,
Qiyməti-ləli-ləbi İranu Turanı alır,
Cünki bu sövdayi-kamili-gülruxan sövdasıdır.

Xalu xəttu tələti firdovsi-əlaya dəgər,
Qaməti-şumşadi min-min sərvi-tubaya dəgər,
Zülfünün hər tarı yuz Leylavu Əzrayə dəgər,
Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır.

Zahida, bu biz degil kim, əlli qat başa qoyub,
Şiydu salusi ilə bicarə əvamı tovlayub,
Ac qurd kimi cəmiən pul, malını soyub,
Bəlkə bu sovdeyi-kamili-gulruxan sövdasıdır.

Yox məlaməti-aşiqi-bicarə gər candan kecə.
Bir belə canan yolunda xanimandan kecə,
Bu degil halva ki, molla dinu imandan kecə,
Bəlkə bu sovdayi-kamili-gulruxan sövdasıdır.

Bu degil yaqutu almasu zəbərcəd zivəri,
Hər dənizadə alıb zinət, verə duşu bəri,
Bu gedil dinaru dirhəm kim, yığa hər sərsəri,
Bəlkə bu sovdayi-kamili-gulruxan sövdasıdır.

Yoxdur insaf sənə, Nəvvab bir etməz nigah,
Bülbüli-şeyda kimi gər edəsən əfqanu ah,
Kəbəyi-küyində omrun mayəsin etsin təbah,
Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır.