Cəfərqulu xanın vəfatı münasibətilə təziyənamə
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənamə Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Əfsus, cəfakar zəmanənin gərdişinə ki,
Gül kimi ürəklər onun əlində xar oldu.
İbrahimxəlil xanın bağı xəzan oldu,
Səmum küləyindən gülzarının sərvləri soldu.
Əziz adlı Cəfərqulu xan,
O şəhryar, təmizrəftar hanı?
O, cəlalda zamanının Keyxosrovı idi,
Həşmətdə Cəmşid kimi idi.
Ərəstun onun idrakı qarşısında şagird idi,
Əflatun onun müvəffəqiyyəti qarşısında divar nəqşi idi.
Döyüş zamanı iti qılınc idi,
Həmlə zamanı nərildəyən şir idi.
Bu şirin sözlər ondan yadigar qaldı,
Biz onun şagirdi, o, şairlər ustadı idi.
Onun elm və mərifət süfrəsində daim,
Bərmək övladları həsrətdən ciyər qanı içərdilər.
Ehsan edəndə Hatəmi-Tai xəcalətdən,
Dodağın dişləyib, divar küncünə qısılardı.
Heyf ki, ehsan süfrəsi puç oldu,
Heyf ki, səyyar ulduz məhv oldu (söndü).
O nurlu günəş batdı,
O parlaq ay tutuldu.
O məhbub əcəl saqisindən məst oldu,
Peymanə alıb, ayıldı.
Elə ki saqidən əbədilik şərabını içdi,
Piri-xummardan “nuş olsun” səsini eşitdi.
Heyf ki, ədalətli xan dünyadan getdi,
Heyf ki, pərgarın qütbü viran oldu.
Təmiz ruhu quş kimi qanad açdıqda,
İldırım kimi behişt qəsrinin damma qondu.
Çəmənzarda cənnət quşu əyan olan kimi,
Quş və damdan (1283) - (1866-67) onun vəfat ili yarandı.
Möhsün, dünya gülşənilə nə nazlanırsan,
Ki, qış vaxtı gəldi, huşyar ol!