Cəfərqulu xan Aşıq Pəriyə yazıb
Görünüş
Cəfərqulu xan Aşıq Pəriyə yazıb Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Aşıq Pəri, kağız sənə yetişcək,
Durmuyubsan gərək bura gələsən.
Tavus quşu kimi, ya mürği-tuti,
Gəzəcəksən yəqin əldən-ələ sən.
Lənət gəlsin Fərhadın imanına,
Salıb Şirin kimi səni yanma,
Salacaqsan pamoşnikin canına.
Görəcəksən bişübhə vəlvələ sən.
Pəşminə almazsan soltanı, xanı,
Eyləyirsən şahlar kimi divanı,
Sən Qədirdə olan neyi, surnanı
Görməyibsən, görsən məgər, gələsən.