Cəhalətimdən şikayət
Görünüş
| Cəhalətimdən şikayət Müəllif: Məhəmməd Hadi |
Varamı bundan yuxarı uçmağa istedadım?
Qabiliyyət pərimə zəxm vurub ustadım.
Oxumaqçün nə qədər dadü‐fəğan etdimsə,
Olmadı zərrə əsərbəxş şu istimdadım.
Dağa dersən eşidir, sonra verir əksi-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım.
Olmadan naili-didari-əməl qəbrə girər —
Eşqi-şirini-ülum ilə yazıq Fərhadım!
Acizəm tərcümeyi-halımı təhrirə, səbəb?
Doludur təlx həqaiqlə dili-naşadım.
Ey Hadiyi-qəmdidə! De şu bülbüli-zarə:
Cəh-cəh deyib axır düşər ağuşu-məzarə.