Cənab Cəfərqulu xan Aşıq Pəri Maralyaniyə, Pəri isə Cəfərqulu xana yazmışdır
Cənab Cəfərqulu xan Aşıq Pəri Maralyaniyə, Pəri isə Cəfərqulu xana yazmışdır Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Cəfər qulu xan:
Sən, ey Pəri, mələk pərvərdəsisən,
Həmişə deyərdin: "Biz çakərik ona."
Nədən ötrü bizdən kənar gəzərsən?
Nə tabe olubsan sərasər ona?
Aşıq Pəri:
Nə şayəstə bu sözləri danışmaq,
Besyardır mərdi-xidmətkar ona.
Saymanıq soltanı, xanı, paşanı,
Nə şah bir söz deyər, nə sərdar ona.
Xan:
Nə xoş güftarı var, nə xoş sadədir,
Bu dərdim hamıdan çox ziyadədir,
Doğrudur, dibaçə məlikzadədir,
Bəs niyə deyirlər sitəmkar ona?
Pəri:
Xanzadəsən, söz tapıram sözündən,
Əyri demə, doğru söylə düzündən,
Zülm etməklə yox xəbərin özündən,
Hər yerdə deyirlər rahbər ona.
Xan: Əzəl başdan Mirzəcandır ustadın,
Cəmiyi-Dizaqda söylənir adın,
Nə səbəbdən sizin bala Fərhadın,
Gah xoxən deyərlər, gəh pəsər ona?
Pəri:
Mirzə Qədir sənin ustadi-pirin,
Zişt danışmaqlıqda yox bərabərin,
Xoxən Abdulladan yoxdur xəbərin,
Demə bundan sonra sən pəsər ona.
Xan:
Arifəm, bir yerdə yarı görəndə,
Mən nə deyim bu düxtəri görəndə?
Əql itirdim mən əğyarı görəndə,
Neçün göstəribsən etibar ona?
Pəri:
Dağam, gül yanında xarı görəndə,
Tərlan ovlağında sarı görəndə,
Sən ki, eşq əhlini, karı görəndə,
Pəriyəm duaçı aşikar ona.