Cahanda aşiqin çox adı vardır

Vikimənbə saytından
Jump to navigation Jump to search
Cahanda aşiqin çox adı vardır
Müəllif: Şah İsmayıl Xətai



Cahanda aşiqin çox adı vardır,
Ki, hǝr birisinin bir dadı vardır.

Bu gün sǝn Xosrovi-şirin dǝhǝnsǝn,
Sǝnin tǝk Şirinin Fǝrhadı vardır.

Bu eşqin öyünǝ dözmǝz dağü daş,
Yavuz iti külüng fuladı vardır.

Hǝr işi eşqilǝ dutgil cahanda,
Ki, eşqilǝ olan bünyadı vardır.

Nǝ yerdǝ bir guri ahu olursa,
Müqǝrrǝrdir, anın sǝyyadı vardır.

Cǝmi, bǝndǝnin vardır niyazı,
Qamu könüllǝrin müradı vardır.

Uda bilmǝz munu dövri-zǝmanǝ,
Ki, bir oynayıcı nǝrradı vardır.

Zühur oldu oyunçu rindü qǝllaş,
Vilayǝtdǝn anın irşadı vardır.

Sağınmanız Xǝtai, dǝrdini sor,
Ki, söylǝr söylǝdir ustadı vardır.