Cahanda bərqərar olmuş sözün hökmüylə hər bir şey

Vikimənbə saytından
Cahanda bərqərar olmuş sözün hökmüylə hər bir şey
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 23.

Cahanda bərqərar olmuş sözün hökmüylə hər bir şey,
Tapılmaz dəhr bazarında sözdən mötəbər bir şey.

Xəlayiq mən fəqirin hali-zarından xəbərsizdi,
Nə görməz bir nəfər bir şey, nə bilməz bir nəfər bir şey.

Əgər səndən, nigarım, istəsəm bir nəsnə məzurəm,
Əzəldən var bu adət, istəyər Şahdan nökər bir şey.

Könül, tök gözlərin yaşın ki, bəlkə Yar lütf etdi,
Kiçik bir qətrədən bəzən doğar dərya qədər bir şey.

O qarə zülf fikriylə, günəş rüxsar xəyaliylə,
Gecə bir şey keçər aşüftə könlümdən, səhər bir şey.

Səadət gülsitanında açılmış növbənöv güllər,
Nə qədri əldə fürsət var, Vüqar, cəhd eylə dər bir şey.