Camalın əksi, ey dilbər, nəyə kim düşdü al eylər
Görünüş
Camalın əksi, ey dilbər, nəyə kim düşdü al eylər Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.215. |
Camalın əksi, ey dilbər, nəyə kim düşdü al eylər,
Anın qövsi-qüzeh qaşı bu bədr ayı hilal eylər.
Sənin ol cadu gözündən həzər kim qılmasın, şaha
Ki, hər bir baxışı yüz min füsunü məkrü al eylər.
Xəyalın hər gecə ta sübh gətirməz gözümə uyqu,
Fəraqın bağrımı qəmdən əritdi, çün zülal eylər.
Çün ol kirpiklərin zəxmi baş edər bağrımı hər dəm
Ki, bağrım qanı hər saət gözümnü malamal eylər.
Bu cövrü kim, edərsən sən Nəsimiyə, bu gün, cana,
Səni tərk eyləməz neyçün, cəfalar ittisal eylər.