Cami
Görünüş
Cami Müəllif: Molla Məhəmməd Səfili |
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014. |
Oxiyanlar olsun aqah,
Münafika cəfadur bu.
Buyurub camiya gələn,
İstiyənə cəfadur bu.
Təfəkkür ol, dəli könül,
Zikr et səni yaradani.
Gərək dünya, gərək uxra
Hər gələnə səfədur bu.
Der Səfili, bax camiya
Dünyay gəzdim gəldim gənə.
Əzən verür əzən bizə
Hax yoluna köpridur bu.