Cami-səfadə qalmayıb artıq əsər-məsər
Görünüş
Cami-səfadə qalmayıb artıq əsər-məsər Müəllif: İsmayıl bəy Nakam |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Cami-səfadə qalmayıb artıq əsər-məsər,
Mirati-dildə qət-qət olubdur kədər-mədər.
Müşkülsə də iqamət əgər kuyi-yardə,
Mümkün deyil bu büqədən, ey dil, səfər-məfər.
Təzvirdir, fəribdir axır nəticəsi,
Hər bir kəlamın olsa məali əgər-məgər.
Getmiş qərar təndə Süleymani-rubdən,
Yoxdur hənuz hüdhüdi-dildən xəbər-məbər.
Məcnun kimi kənar olub adabi-eşqdən,
Hər Leylivəş cəmalına qılmam nəzər-məzər.
Mən aşiqəm o şahidə kim, çıxsa pərdədən,
Nabud olur süphdə xur-mur, qəmər-məmər.
Nakam, yandın atəşi-nıöhnətdə, bəd əz in,
Yaxmaz səni cəhimü məhimü səqər-məqər.