Məzmuna keç

Canü dildür sən məhi-bədrin məkanı daima

Vikimənbə saytından
Canü dildür sən məhi-bədrin məkanı daima
Müəllif: Nizami Gəncəvi

Canü dildür sən məhi-bədrin məkanı daima,
Ol səbəbdən derlər, ey dilbər, sənə bedərcan .

Vədəsinə hicrinin qayətdə can eylər həsəd,
Gər çe ondan kimsəyə aləmdə etməzsən vəfa.

Dil, xəm zülfündə vəsl istər, nöçün olmaz qəbul?
Çün şəbi-qədr içrə, derlər müstəcəb olar dua.

Şəfqət etdigindən acır sağərü səhba bəni,
İçi yandığından ağlar şəmi-cəm aramana.

Ağzını öpsəm dedigimcə sürərsən lələni,
Yox yerə mən xəstənin canına eylərsən cəza.

Aşiqin boynuna qol salmaq günahdır, deyirsən,
Sən günahından qayırma, dola mənim boynuma.

Gerdi-rahin gər yetə firdövsə , hurilər diyər:
- Mərhəba, ey tutiyayi-çeşmi-dövlət, mərhəba!

Ləblərin üstündə düşmüş gözlərin ğayətdə xub,
Xub olur üstündə həlvanın ki, badamı ola.

Yaxşının yaman qoymuşlar, Nizami, adını,
Xoş demişlər tənəzzül ələlqab min sub-əl-səma.